Hacettepe Universiteti (Türkiyə)



4 may 2011-ci il Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Türkiyə Respublikası Hacettepe Universiteti arasında elmi tədqiqat sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Türkiyə Respublikası Hacettepe Universitetinin rektoru Prof.Dr. Uğur Erdener tərəfindən imzalanan 4 maddədən ibarət razılaşmada elmi tədqiqat proqramları, birgə seminarların, konfransların və bir sıra layihələrin keçirilməsi barədə qeyd olunur. Tərəflər elmi tədqiqat fəaliyyətinin bədxassəli şişlərin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətlərində əməkdaşlıq edəcəklər.
26 iyun 2012-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Türkiyə Cumhuriyyəti Hacettepe Universiteti arasında akademik əməkdaşlıq vəmütəxəss mübadiləsi protokolu imzalanıb. Protokolu Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Türkiyə Respublikası Hacettepe Universitetinin rektoru Prof.Dr.Murat Tuncer imzalayib .4 maddədən ibarət olan protokolda təçrübi kursların təşkili, alim və mütəxəssis mübadiləsi və s layihələr öz əksini tapıb.
2012-ci ilin iyununda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi vəTürkiyə Cumhuriyyəti Hacettepe Universiteti arasında elmi tədqiqat sahəsində əməkdaşlığa dair anlaşma imzalanıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Türkiyə Respublikası Hacettepe Universitetinin rektoru Prof.Dr.Murat Tuncer arasında imzalanan anlaşmada alim və mütəxəssis mübadiləsi, onların ixtisasın yüksəldilməsi, təçrübi kursların təşkili və s. layihələr yer alıb. Tərəflər elmi tədqiqat fəaliyyətinin uşaq və yeniyetmə onkologiyada qorunma, diaqnostikası və müalicəsi istiqamətlərində əməkdaşlıq edəcəklər.