- mrasim.jafarov@hotmail.com
- 4645212
1965-1971-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
1972-ci ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçmişdir.
1976-1978-ci illərdə Milli Onkologiya Mərkəzində kliniki ordinatura keçmişdir.
1971-1972-ci illərdə Tibbi Sanitar Hissədə həkim-cərrah vəzifəsində çalışmışdır.
1974-1976-cı illərdə Tibbi Sanitar Hissədə həkim-cərrah vəzifəsində çalışmışdır.
1979-199-cü illərdə Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsində Şöbə müdiri vəzifəsində çalışmışdır.
1993-2013-cü illərdə Milli Onkologiya Mərkəzində baş direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır.
2013-cü ildən Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsində baş elmi işçi vəzifəsində çalışmaqdadır.
Elmi və Əməli fəaliyyətində qazandığı müvəffəqiyyətləriinə görə “Səhiyyə Əlaçısı” döş nişanı, iki dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri diplomu” ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar Həkimi" adına layiq görülmüşdür. MDB ölkələrində və xaricdə (Türkiyə, İtaliya, Avstriya, İspaniya, Almaniya, Polşa və s.) keçirilmis bir çox onkoloji konqreslərdə, simpoziumlarda və konfranslarda iştirak etmişdir. 170-ə yaxın elmi işin, o cümlədən, 2 monografiya, 2 ixtira, 5 səmərələşdirici təklif və 6 metodik tövsiyyənin müəllifidir.