Çeçenistan nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur

|

Noyabrın 16-da Çeçenistan Respublikasının səhiyyə naziri Adam Alxanovun rəhbərlik etdiyi  nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur. Səfər çərçivəsində  Adam Alxanov Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevlə görüşmüş və tərəflər qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Görüşün sonunda  Milli Onkologiya Mərkəzi ilə Çeçenistan Respublikası Səhiyyə Nazirliyi arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq  məqsədilə memorandum imzalanmışdır. Memorandum iki qurum arasında birgə proqramların və elm sahəsi üzrə işlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin təşviq edilməsi və birgə layihələrin işlənib hazırlanmasını nəzərdə tutur.  

 Çeçenistan Respublikasının ümayəndə heyəti  Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan müasir şəraitlə tanış olmuşdur. Mərkəzin mütəxəssisləri tərəfindən aparılan müalicə metodları və xəstə baxımı barədə qonaqlara ətraflı məlumat verilmişdir.  

Nümayəndə heyətinin üzvləri  görüşün sonunda Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan pasiyentlərlə görüşmüşlər.