Babayev Rasim Cahangir oğlu
Neyrocərrah
  • drrasimbabayev@yahoo.com
  • (+994 12) 537-08-11
Bioqrafiya

1993-2000-ci illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində təhsil almışdır.

2003-2009-cu illərdə  Mərmərə Universitetinin Tibb fakültəsinin Neyrocərrahiyyə kafedrasında uzmanlıq dərəcəsi təhsili almışdır.

2012-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında onkologiya ixtisası üzrə təkmilləşmə kursu keçmişdir.

06/2003-02/2009-cu illərdə Mərmərə Universiteti Tibb fakültəsinin Neyrocərrahiyyə şöbəsində asistent-neyrocərrah vəzifəsində çalışmışdır.

2009-2011-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında həkim-neyrocərrah vəzifəsində çalışmışdır.

2011-2014-cü illərdə Milli Onkologiya Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışmışdır.

2014-cü ildən Milli Onkologiya Mərkəzinin Neyrocərrahiyyə şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır.

Dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra konfranslarda iştirak etmişdir.

2000-ci ildə  Onkoloji xəstəliklər üzrə kurs, St.Joseph’s Health Centre, Toronto, Kanada
2005-ci ildə 1-ci Beynəlxalq neyroendoskopiya kursu, İstanbul, Türkiyə
2007-ci ildə Patoloji onurğa sınıqlarının müalicəsində vertebroplastika kursu, İstanbul, Türkiyə
2009-ci ildə 4-cü Beynəlxalq neyroendoskopiya kursu, İstanbul, Türkiyə
2010-ci ildə Neyroendoskopiya kursu: Endoskop vasitəsi ilə mikrocərrahiyyə, Tuttlengen, Almaniya
2010-ci ildə Neyroendoskopiya kursu: Endoskopik transsfenoidal hipofiz cərrahiyyəsi, Tuttlengen, Almaniya
2010-ci ildə Təməl beyin neyroendoskopiya kursu, Berlin, Almaniya
2010-ci ildə Tətbiqi beyin neyroendoskopiya kursu, Ştutgart, Almaniya
2010-ci ildə Neyroendoskopiya kursu, Zürih, İsveçrə,
2012-ci ildə Beynəlxalq pediatrik spastik cərrahiyyə kursu, İstanbul, Türkiyə
2014-ci ildə Neyroendoskopiya kursu, Greifswald, Almanya
2014-ci ildə Neyroendoskopiya kursu, Strasbourg, Fransa

Türkiyənin Sinir Sistemi Cərrahiyyəsi Dərnəyinin üzvüdür.