Azərbaycan Uroloqlarının II Beynəlxalq Konqresi.

|

30 aprel 2016-cı il tarixində “Onkourologiyanın müasir nailiyyətləri” mövzüsunda Azərbaycan Uroloqlarının II Beynəlxalq Konqresi keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin     Təkmilləşdirmə İnstitutu və Azərbaycan Uroloqlar Assosiasiyası tərəfindən təşkil edilmiş konqres “Holiday İnn” otelində baş tutub.

Tədbirin məqsədi onkourologiya sahəsində yeni texnologiyalar ilə tanış olmaq, xarici həmkarlar ilə təcrübə mübadiləsi aparmaq və gənc həkimlərin ixtisasını artırmaqdır.

Konqresə yerli mütəxəssislərlə yanaşı Avropa Uroloqlar Assosiasiyası və Türk Onkourolojı Cəmiyyətindən bir sıra məruzəçilər də dəvət olunub.

Konqresin əsas məqsədi Azərbaycanda urolojı xəstələrə tibbi xidmətin gücləndirilməsi, onkoloji xəstəliklərin erkən aşkarlanması və onun qarşısının alınmasıdır.