Akademik Cəmil Əliyev mötəbər elmi jurnalın redaksiya heyətinin üzvü seçilmişdir
16.09.2022

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunan "Вопросы онкологии" (“Onkologiya məsələləri”) elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Akademik Cəmil Əliyev 2022-ci il sentyabrın 15-də jurnalın yenilənmiş redaksiya heyətinin ilk iclasında iştirak etmişdir. ətraflı...

Süd vəzi xərçəngi üzrə vebinar keçirilmişdir
15.09.2022

      Millli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il sentyabrın 2-də “Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” adlı vebinar keçirilmişdir. ətraflı...

Ağciyər xərçəngində qeyri-invaziv diaqnostika
15.09.2022

Hazırda qeyri-invaziv diaqnostika metodları onkoloji tədqiqatlarin və bu tədqiqatların onkoloji klinikalara tətbiqinin diqqət mərkəzindədir. Avropa Şurasının H2020 MARIE SKLODOWSKA-CURIE (2017-2022) təqdim etdiyi  Lung Cancer layihəsinin əsas məqsədi daha ucuz başa gələn və qısa müddət ərzində (2-3 saat) müalicənin gedişini dəyişə bilən qeyri-invaziv metodların araşdırılması və onkoloji klinikalarda tətbiqidir.  ətraflı...

Milli Onkologiya Mərkəzinin həkimi “Tərəqqi” medalı ilə təltif edildi
16.06.2022

Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 16 iyun 2022-ci il tarixində sərəncam imzalamışdır. ətraflı...

Milli Onkologiya Mərkəzinin həkimi vəfat etmişdir
26.04.2022

Milli Onkologiya Mərkəzinin tanınmış həkimi, 10 ildən artıq bir müddətdə kollektivimizdə çalışmış Rəhmət Bağırov vaxtsız vəfat etmişdir. ətraflı...