Yeni elmi-tibbi icmal işlənib hazırlanmışdır

|

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Ə. Əliyev və Mərkəzin şüa müalicəsi şöbəsinin rəhbəri, tibb elmləri doktoru professor İsa H. İsayev tərəfindən “İmmuno-onkologiya: bioloji əsasları, müasir vəziyyəti, şüa müalicəsi ilə birlikdə istifadə perspektivləri” adlı elmi-tibbi icmal işlənib hazırlanmışdır.

Son illərdə dünyanın aparıcı klinikalarında həyata keçirilmiş elmi araşdır­ma­la­rın nəticələrinə əsaslanan  icmal immuno-onkologiyanın müasir ümumi problem­lə­rini və radioterapiyanın göstərilən sahədə istifadəsinin imkanlarını əhatə edir. İm­mu­no-onkologiyanın tədqiqat hədəfi bədxassəli şişlərin irsi onkoloji patolo­giy­a­la­rı da daxil olmaqla etiologiyası, diaqnostikası, proqnozu, hədəf və/və ya fərdi müali­cə planlarının hazırlanması və immun sistemini stimulyasiya etməklə, onun bədxassəli hüceyrələri tanımaq və məhv etmək xüsusiyyətlərini yüksəlt­mək­dir.

İcmal kanserogenez sahəsində araşdırmalar həyata keçirən tədqiqatçılar, həmçinin onkoloji xəstəliklərin profilaktika, diaqnostika, müalicəsi ilə məşğul olan mütəxəsisslər üçün nəzərdə tutulmuşdur.

İmmuno-onkologiya:bioloji əsasları, müasirvəziyyəti, şüa müalicəsiilə birlikdə istifadə perspektivləri:

http://mom.gov.az/resources/content_files/avtoreferat/Immuno-onkologiya.pdf