Milli Onkologiya Mərkəzinin əməkdaşları öz elmi işləri ilə beynəlxalq konfransa dəvət olunmuşlar

|

Milli Onkologiya Mərkəzinin əməkdaşları ABŞ-ın 28 aparıcı xərçəng mərkəzlərinin qeyri-kommersiya ittifaqı olan NCCN (National Comprehensive Cancer Network – Milli Geniş Əhatəli Xərçəng Şəbəkəsi) tərəfindən 20-22 mart 2020-ci ildə Florida ştatında keçiriləcək “Xərçəngə qayğının keyfiyyətinin, səmərəliliyinin və effektivliyinin artırılması” mövzusunda 2020 NCCN-nin İllik 25-ci yubiley Konfransında qəbul olunmuş 3 ədəd posterin təqdimatı üçün dəvət olunmuşdurlar.
Bunlardan “Süd vəzi xərçəngi xəstələrində onkomarker CA 15-3 və Vitamin D-nin müştərək öyrənilməsinin prognostik və prediktiv rolu” mövzusu akademik Cəmil Əliyevin rəhbərliyi ilə dünya səhiyyə sistemində ilk dəfə öyrənilmişdir. Digər iki “Süd vəzi xərçəngi olan Azərbaycan qadınlarında ginekoloji anamnezin xarakteristikası və proqnostik rolu” və “TUBB3 gen ekspressiyasının erkən və yayılmış süd vəzi xərçənginin mərhələndirilməsində rolu” adlı abstraktlar da onkologiyanın aktual problemlərinə həsr olunmuşdur. Bunlar poster olaraq təqdim olunmuş 156 müraciətdən seçilmişdir. Abstraktlar eyni zamanda JNCCN-nin internet versiyasında dərc olunacaqdır.