Milli Onkologiya Mərkəzində seminar keçirilmişdir

|

Azərbaycan Nevrologiya Həftəsi (16-21 dekabr 2019-cu il) çərçivəsində dekabrın 21-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində “Ağrı müalicəsinə multidisiplinar yanaşma“ mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycan mütəxəsisləri, həmçinin İsrailin Ağrı üzrə Tibb İnstitutunun və Rambam Dövlət Tibb Mərkəzinin aparıcı mütəxəssisi doktor Rimma Geller təqdimatlarla çıxış etmişlər.

Seminar çərçivəsində “Əməliyyat yolu ilə bel ağrılarını aradan qaldırmaq mümkün olmadıqda problemi necə həll etməli?” adlı treninq də keçirilmişdir. Bu treninq əməliyyatxanadan birbaşa tədbir iştirakçıları üçün canlı şəkildə yayımlanmışdır.

Tədbirdə həmçinin “Ağrı nədir? Bununla bağlı nə etmək olar? Ağrı müalicəsinə multidisiplinar yanaşma”, “Miofassial ağrı sindromunun müalicəsində müxtəlif üsullar”, “Ağrı müalicəsində invaziv prosedurlar” kimi mövzularda çıxışlar dinlənilmişdir.

Seminarda ölkəmizin müxtəlif tibbi strukturlarının həkimləri iştrak etmişlər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.