Milli Onkologiya Mərkəzində profilaktiki dezinfeksiya işləri aparılıb

|

Martın 7-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində geniş profilaktiki dezinfeksiya işləri aparılmışdır.

Kompleks dezinfeksiya işlərinin görülməsində əsas məqsəd dünyanın 100-ə yaxın  ölkəsində qeydə alınmış koronavirusa qarşı preventiv tədbirlərin genişləndirilməsi, bu pandemiyaya yoluxma risklərinin aradan qaldırılmasıdır.

Bütün gün ərzində ixtisaslaşmış xüsusi tibbi briqadalarının köməyi ilə Milli Onkologiya Mərkəzinin bütün tibbi və xidmət strukturları, müalicə və müayinə blokları, pasiyentlərin kütləvi toplantı sahələri, anbarlar, köməkçi bina və otaqlar, daxili yollar xüsusi məhlul və dərmanlarla dezinfeksiya olunub.