Milli Onkologiya Mərkəzində laparoskopik əməliyyatlar üzrə təlim keçirilmişdir

|

Noyabrın 15-də Bakıda öz işinə başlayan III Beynəlxalq Uroonkologiya Simpoziumu çərçivəsində Milli Onkologiya Mərkəzində ekspertlərin iştirakı ilə təlim keçirilmişdir.

Təlim aşağıdakı  əməliyyatlar üzrə aparılmışdır:

  - 3D Laparoskopik nefrektomiya

  - 3D Laparoskopik radikal sistektomiy

 - 4K Laparoskopik hissəvi nefrektomiya

 - 3D Laparoskopik radikal prostatektomiya


Təlimdə Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini, Onkourologiya şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru  Fuad Quliyev, Rusiyanın Birinci Sankt-Peterburq  Dövlət Tibb Universitetinin Onkologiya şöbəsinin rəhbəri, tibb elmləri namizədi Sergey Reva, Ukraynanın Kiyev Urologiya İnstitutun Endoskopik urologiya və litotripsiya şöbəsinin aparıcı onkocərrahı Nikolay Sosnin və Gürcüstan Beynəlxalq Laparoskopik Tədris Mərkəzinin rəhbəri,  MediClubGeorgia klinikasının Urologiya şöbəsinin rəhbəri David Nikoloeşvili iştirak etmişlər.

           Simpoziumda icra olunan laparoskopik əməliyyatlar internet vasitəsi ilə birbaşa yayımlanmışdır.