Koronavirus pandemiyası şəraitində onkoloji xəstələrə radioterapiyanın aparılmasının xüsusiyyətləri

|

Milli Onkologiya Mərkəzinin əməkdaşları, o cümlədən şüa müalicəsi və tib­bi fizika şöbələrinin kollektivi dünyada qlobal bəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası şə­ra­i­tində bədxassəli şiş diaqnozu qoyulmuş xəstələrə radio­te­ra­­piya aparılmasında fasilə verməmişlər. Xəstələrin və tibbi personalın virusa yoluxma, başqalarını yoluxdurma riskinin minimum endirilməsi nəzərə alınmaqla aparılan şüa müalicəsinin həyata keçirilməsində dünyanın aparıcı  klinikalarının, beynəlxalq cəmiyyətlərin (ASTRO, ESTRO və s.) hazırlanmış müvafiq alqoritmlərdən, on­ların təcrübələrindən geniş istifadə edilir.

 2020-ci  il aprelin 3-də  Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (İAEA) tərəfindən “COVİD 19 və Radioterapiya şö­bə­lərinin hazırlığı: yaxşı təcrübəyə doğru həmrəylik” mövzu­sun­da keçirilən beynəlxalq vebinarda (onlayn konfrans) Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şö­bəsinin həkimləri və tibbi fizikləri də iştirak etmişlər. Dünyanın bütün qitələrindən 1200–dən çox mütə­xəs­sisin (radioterapevt və tibbi radiasion fiziklərin) iştirak etdiyi vebinarın keçirilməsində mə­q­səd  COVID-19 pandemiyası zamanı radioterapiya xidmətləri ilə bağlı mütə­xəs­sislərin öz təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq olmuşdur.

 Vebi­nar­da  çətin pandemiya şəraitində çalışan İtaliyalı həkim Pierfrançesko Frankonun çıxışı böyük maraqla izlənilmişdir. Onlayn konfransda şüa müalicəsinə gös­tə­riş olan xəstələrdə radioterapiyanın fərdi və situasion faktorları nə­zə­rə alınmaqla aparılma vaxtının seçilməsi  yekdilliklə qəbul olunmuşdur. Onun fikrincə,  şüa müali­cə­si o halda təxirə salına bilər ki, bu, konkret xəstənin  müalicəsinin effektiv­li­yinə  mən­fi təsir etmir. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə, xəstə­lərin şüa mü­a­licəsi koronavirusa qarşı ciddi qoruyucu tədbirlər çərçivəsində aparılmalıdır. Virusa yoluxmaq və digər xəstələri yoluxdurmaq riskini minimum endirmək üçün bu xəstələrə radioterapiya hökmən xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir.

Birincili və ya müalicəyə davam edən xəstələrin seçimində tibbi göstərişlərə uyğun prioritet qoyuluşu, xəstələrin sayının məhdudlaşdırılması mə­sə­lələri müzakirə edilmişdir. Paneldə xəstələrin, tibbi personalın və digər­lə­ri­nin yoluxmadan qorunma ilə bağlı strategiyalar, kadrların dəyişdirilməsi, teleme­di­si­na­dan istifadə, dezinfeksiya, COVID pozitiv və ya şübhəli COVİD xəstələrinin mü­­ali­cəsi ilə bağlı məsələlər də nəzərdən keçirilmişdir.   

      Konfrans bədxassəli şiş prose­si­nin lokalozasiyası, mərhələsi və s. digər faktları nəzərə almaqla  mövcud şüa müalicəsi protokollarına (doza-texnika-fraksiya) dəyişiklik edilməsi, hipofraksiyalı ra­dio terapiya rejimlərinə üstünlük verilməsi,  avadanlıqlara texniki xidmət, klinik təd­qiqatlardakı xəstələr də daxil olmaqla radioterapiya təcrübəsində mümkün ola bilən modifikasiyaları müzakirə etmişdir. Eyni zamanda,  mütəxəssislər tibb per­so­­na­l və xəstələr üçün psixoloji dəstək problemləri ətrafında fikir mübadiləsi apar­mışdı­lar. Bütün iştirakçılar yekdilliklə bu qərara gəlmişlər ki,  onlayn konfranslar gələ­cəkdə də mütəmadi olaraq həyata keçirilsin.

         Dünyanın aparıcı klinikalarının radiason onkoloq və tibbi ra­diasion fiziklərinin iştirakı ilə həyata keçirilən fikir mübadiləsi (vebinar) mürək­kəb koronavirus (COVİD 19) pandemiyası şəraitində çalışan Milli Onkologiya Mər­kəzinin əmək­daş­larının daha səmərəli işləməsinə boyük dəstək olacağı şübhə doğurmur.

                                                                                                                                    İsa İsayev,

      Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri, professor