Endoskopik submukosal disseksiya üzrə treninq

|

2019-cu il  sentyabrın 7-də Milli Onkologiya Mərkəzinin invaziv diaqnostika və müalicə şöbəsində endoskopik submukosal disseksiya üzrə treninq keçirilmişdir. Tədbridə Türkiyənin Koç Universiteti xəstəxanasının dosenti  Aslan Fatih bu sahədə elmi və praktiki təcrübə məsələlərini  bölüşüb. Treninqdə həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunmuş və cərrahi əməliyyat otaqlarında bir sıra əməliyyatlar aparılmışdır.

Tədbirdə Ruslan Məmmədovun “Xərçəngin erkən diaqnostikasında EUS-un rolu”, Fərid Quliyevin “Gastrointestinal ESD üçün ESGE standartları”, “ESD üçün kolorektumda hedef lezyonunun tanınması”,  Aslan Fatihin “ESD strategiyası və texnikası”, “Mükəmməl ESD üçün zəruri mental və texniki bacarıqlar “ mövzularında məruzələri dinlənilmiş  və müzakirələr aparılmışdır.

Peşəkar  endoskopiya uzrə treninq Azərbaycanda ilk dəfə keçirilmişdir.