Bakıda keçirilmiş beynəlxalq simpoziumun nəticələri Amerikada müzakirə olunur

|

Məlum olduğu kimi , 2018-ci il sentyabr ayının 15-16də  Bakıda Milli Onkologiya Mərkəzi ilə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) və Onkoloji Tibb Bacıları Cəmiyyətinin (ONS) birgə əməkdaşlığı çərçivəsində “Multidissiplinar Xərçəng Müalicəsi Kursu” (Multidisciplinary Cancer Management Course) mövzusunda beynəlxalq simpozium keçirmişdir.

Tədbirdə əsasən iki xərçəng növünə, süd vəzi və baş , boyun xərçənginin müalicəsi və palliative müalicə məsələlərinə geniş yer ayrılmışdı.

Tədbirin əsas məqsədi Milli Onkologiya Mərkəzində və həmçinin regionlarda xərçəngin müalicəsinə multidisiplinar yanaşmanı inkişaf etdirməkidi. İki günlük kurs didaktik mühazirələrdən, case təqdimatlardan, həmçinin süd vəzi və baş, boyun xərçənginə həsr olunmuş interaktiv sessiyalardan ibarət olmuşdur.

Kursda onkologiya üzrə ixtisaslaşmış 200-dən çox səhiyyə işçisi, radiasiya və tibbi onkoloqlar, cərrahlar, patoloqlar, tibb bacıları və həmçinin tibb üzrə ali və orta ixtisas məktəblərin tələbələr iştirak etmişlər. Tədbirə həmçinin qonşu Gürcüstan və İraqdan təxminən 20 həkim də qoşulmuşdu.

Xatırladaq ki, simpoziumdan bir gün əvvəl sentyabrın 14-də Milli Onkologiya Mərkəzində Onkoloji Tibb Bacıları Cəmiyyətinin (ONS)dəstəyilə “Tibb bacılarının xərçəng xəstələrinin simptomlarının idarə olunmasında rolu” adlı kurs keçirilmişdir. Kurs tibb bacıları üçün bu formatda keçirilmiş ilk tədbir olmuşdur. Azərbaycan kursda təmsil edən70-ə yaxın tibb bacısı xərçəng xəstətlərinin symptom idarə olunması sahəsində öz bilik və təcrübələrini artırmışlar. Kurs interaktiv, qrup məşqələləri şəklində tərtib edilmişdir.

Təkcə Cənubi Qafqazda deyil, hətta MDB məkanında eksklüziv tədbir olan bu simpozium beynəlxalq səhiyyə qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. Bu beynəlxalq tədbirin nəticələri bir sıra elmi dairələrdə və tibb müəssisələrində nümunəvi örnək kimi indiyədək maraqla müzakirə olunmaqdadır.

Amerika Klinik Onkologiya Cəmiyyətinin “ASCO Connection” adlı jurnalının Yanvar ayında işıq üzü görmüş nömrəsində Milli Onkologiya Mərkəzində keçirilmiş simpoziuma geniş yer ayrılmışdır. Bu elmi-tibbi tədbirin çox böyük uğurundan bəhsedən məqalə mütəxəssislər və oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

 ( https://connection.asco.org/magazine/asco-international/asco-multidisciplinary-cancer-management-course-azerbaijan-well-attended )

Həmçinin Amerika Klinik Onkologiya Cəmiyyətinin “The ASCO Post” adlı jurnalının  mart ayı nömrəsində “Multidissiplinar Xərçəng Müalicəsi Kursu” barədə geniş məqalə yer almışdır.

( https://www.ascopost.com/issues/march-25-2019/asco-multidisciplinary-cancer-management-course-in-azerbaijan/  )

Bundan əlavə, Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin “ONS Voice” jurnalının aprel nömrəsində də Azərbaycanda böyük uğurla keçirilmiş beynəlxalq tədbir  tibb bacıları üçün təşkil edilmiş kursa xüsusi yer ayrılmışdır.

( https://voice.ons.org/news-and-views/ons-hosts-inaugural-international-oncology-nursing-conference-in-azerbaijan )