Azərbaycan Onkoloqlar Cəmiyyətinin növbəti iclası onlayn formatda Milli Onkologiya Mərkəzində keçirilib

|

6 sentyabr 2021-ci il tarixində Milli Onkologiya Mərkəzində Azərbaycan Onkoloqlar Cəmiyyətinin iclası keçirilib. Tədbir videokonfrans formatında, “Zoom” platforması üzərindən onlayn şəkildə keçirilib.

Azərbaycan Onkoloqlar Cəmiyyətinin sədrinin birinci müavini professor Kərimov Əflatun iclası açaraq COVİD-19 pandemiyası dövründə onkoloji xidmət və tədbirin əsas məqsədi barədə iştirakçılara məlumat verib.

İclasda Torakal onkologiya şöbəsinin həkimi Elvin Həmzəyevin “Ağciyər rezeksiyası sonrası nadir ağırlaşmalardan olan orta pay sindromu ilə təzahür edən pay burulması ”, İnvaziv diaqnostika və müalicə şöbəsinin həkimi Nərgiz Əfəndiyevanın “Milli Onkologiya Mərkəzində invaziv diaqnostika və müalicə üsulları” və Rentgen və USM diaqnostika şöbəsinin həkimi Turab Abdiyevin “Peritoneal karsinomatozis ” mövzülarında məruzələri dinlənildi. 

Tədbirin sonunda mövzular üzrə müxtəlif müzakirələr aparılmışdır. Növbəti iclasın 4 oktyabr 2021-ci il tarixində keçirilməsi planlaşdırılır.