“COVID-19 pandemiyası zamanı onkoloji xidmətin təşkili: Qida borusu xərçəngi” mövzusunda dərmi masa keçirilmişdir

|

12 mart 2021-ci il tarixində Bakıda Azərbaycan Onkoloqlar Cəmiyyəti və ROCHE şirkətinin birgə təşkilatçılığı ilə “COVID-19 pandemiyası zamanı onkoloji xidmətin təşkili: Qida borusu xərçəngi” mövzusunda dərmi masa keçirilmişdir.

Tədbirdə koronavirus pandemiyası şəraitində xəstələrə onkoloji xidmətin göstərilməsi və pandemiya ilə əlaqədar yaranmış problemlərlə bağlı müzakirələr aparılmışdır.

Tədbirdə həmçinin yerli yayılmış qida borusu xərçənginin multidisiplinar müalicəsi geniş şəkildə müzakirə olunmuşdur. Milli Onkologiya Mərkəzinin I Kimyaterapiya şöbəsinin həkimi Nərmin Talıbova, Endoskopiya şöbəsinin həkimi Nigar Əliyeva, Şüaterapiya şöbəsinin həkimi Gülmira Nəsirova, Torakal Onkologiya şöbəsinin cərrahı Rəhmət Bağırov, Onkohematologiya şöbəsinin həkimi Elmina Qurbanova və Respublika Diaqnostika Mərkəzinin cərrahı İlqar İsmayılov qida borusu xərçəngini əhatə edən müxtəlif mövzularla çıxış ediblər.