III Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpozium

|

Sizi 2 fevral 2019 tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Xərçəng Gününə həsr edilmiş III Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumuna böyük məmnuniyyətlə dəvət edirik.

Sizi ürəkdən salamlayır və bu günü bizimlə birlikdə keçirəcəyinizə görə dərin minnətdarlığımızı bildirmək istəyirik.

Təcrübələrimizi paylaşa biləcəyimiz şəraitlə bağlı iştirakınızı yüksək qiymətləndirir, birlikdə bu tədbirin imkanlarından faydalanacağımıza inanırıq.

Nəzərinizə çatdırırıq ki, simpoziumda iştirak ödənişsizdir amma yerlər məhdud olduğundan erkən qeydiyyat vacibdir.

Simpoziumda iştirakçılarımıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənmiş Davamlı Tibbi Təhsil üzrə kredit saatlar nəzərə alınmaqla sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu səbəbdən şəxsiyyət vəsiqələrinizi özünüzlə gətirməyi unutmayın.