Professor İsa İsayev “Əmək” ordeni ilə təltif edildi

|

Prezident İlham Əliyev İsa Hüseyn oğlu İsayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Azərbaycanda səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsa Hüseyn oğlu İsayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, İ.İsayev Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbərdir.