Milli Onkologiya Mərkəzinin həkimi “Tərəqqi” medalı ilə təltif edildi

|

Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 16 iyun 2022-ci il tarixində sərəncam imzalamışdır.

Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Milli Onkologiya Mərkəzinin Poliklinika şöbəsinin rəhbəri Afiq Rəhimov “Tərəqqi” medalı ilə təltif edilmişdir.