Milli Onkologiya Mərkəzinin həkimi vəfat etmişdir

|

Milli Onkologiya Mərkəzinin həkimi, uzun illər kollektivimizdə səmərəli fəaliyyət göstərmiş Şükürov Elbrus Allahverdi oğlu vəfat etmişdir.

Mərhum Milli Onkologiya Mərkəzinin Anesteziologiya şöbəsində həkim-anestezioloq vəzifəsində çalışmış, peşəkarlığı, məsuliyyəti və yüksək insani keyfiyyətləri ilə həmkarlarının və xəstələrinin dərin hörmətini qazanmışdır. Elbrus həkim kollektiv arasında həssas, mehriban, səmimi və fədakar insan kimi tanınırdı.

Milli Onkologiya Mərkəzinin rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!