Milli Onkologiya Mərkəzində seminar keçirilib

|

Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin rəhbəri Sevinc Rəhimzadənin təşəbbüsü ilə onkoginekologiya üzrə seminar keçirilmişdir. Tədbirdə Moskva A.I. Strukov adına Patoloji Anatomiya kafedrasının professoru, Sitoloji Laboratoriyası ilə Patoloji Anatomiya şöbəsinin müdiri Yusif Osmanov və Anadolu Tibb Mərkəzinin Mama-ginekologiya üzrə professoru, Ginekoloji onkologiya cərrahiyyəsi üzrə mütəxəssis Murat Dede müxtəlif mövzülarda məruzələr ilə çıxış ediblər. 

Seminar zamanı onkoginekologiya üzrə müxtəlif müzakirələrlə yanaşı, xəstə təqdimatları və iştirakçılar arasında fikir mubadiləsi aparılmışdır.