Milli Onkologiya Mərkəzi beynəlxalq quruma üzv oldu

|

Noyabrın 25-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın “St. Jude Children’s RH” tədqiqat xəstəxanası arasında “St. Jude Global Alliance” strukturuna üzvlük müqaviləsi imzalanıb. Tərəflər elmi- tədqiqat fəaliyyəti,  uşaq və yeniyetmələrin onkologiyadan qorunması, diaqnostikası və müalicəsi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Bu müqavilə tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və daha da inkişafına xidmət edəcəkdir. Əməkdaşlıq çərçivəsində həmçinin “St. Jude Children’s RH” tədqiqat xəstəxanası ilə Milli Onkologiya Mərkəzi arasında tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktik konfransların, simpoziumların, ixtisasartırma kurslarının, o cümlədən digər tibbi tədbirlərin təşkili də nəzərdə tutulur. Hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan Milli Onkologiya Mərkəzi və “St. Jude Children’s RH” tədqiqat xəstəxanası arasında qurulan əməkdaşlıq əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir. Bu istiqamətdə intensiv işlər aparılacaq, birgə əməkdaşlıq ölkəmizdə səhiyyə sahəsində yeniliklərin tətbiqinə, yeni elminailiyyətlərin əldə edilməsinə və  texnologiyalarının tətbiqinin sürətlənməsinə öz töhfəsini verəcəkdir.

Yaxın gələcəkdə 50-dən çox ölkənin uşaq onkoloji mərkəzi də “St. JudeGlobal Alliance” strukturuna qoşulacaqdır.