MOM-da “3D” mammoqrafiya müayinəsinə start verilib

|

Azərbaycan Milli Onkologiya Mərkəzində rəqəmsal rentgen mammoqrafiyasının yeni növü olan tomosintez və ya “3D” mammoqrafiya müayinəsi aparılmağa başlanılmışdır. Tomosintez süd vəzi patologiyalarının diaqnostikasında ən mühüm nailiyyətlərdən biri sayılır. Tomosintez texnologiyası süd vəzisinin üçölçülü (3D) qat-qat (1 mm qalınlığında) skanını həyata keçirir. Cihaz dilimlər arasında verilmiş məsafə ilə ardıcıl tomoqram seriyasını işə salır, rentgen şüaları isə müxtəlif bucaqlarda yerləşərək müayinənin maksimum dəqiqliyini və tamlığını təmin edir. Tomosintez aparatı müayinə  prosedurunun  xəstə üçün daha rahat və ağrısız həyata keçməsinə şərait yaradır. Çoxsaylı araşdırmalar göstərir ki, “3D” mammoqrafiya süd vəzi xərçənginin aşkarlanmasını təxminən 25% artırır.

http://mom.gov.az/resources/content_files/avtoreferat/TOMOSNTEZ_prez.pdf