Milli Onkologiya Mərkəzində koronavirus pandemiyası ilə əlaqədar karantin rejimində şüa terapevtlərinin iş alqoritmi üzrə metodik tövsiyyələr hazırlanmışdır

|

Akademik C.Ə. Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa terapiya şöbəsinin rəhbəri, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa H.İsayev və şöbənin həkimi, tibb üzrə fəlsəfə doktoru Kamal İ.Kazımov tərəfindən «COVID-19» koronavirus pandemiyası zamanı tətbiq olunmuş karantin rejiminə uyğun olaraq şüa terapevtlərinin iş alqoritmi üzrə metodik tövsiyyələr hazırlanmışdır. Metodik tövsiyyələr karantin rejimində xəstələrin qəbulu, müalicə zərurətinə uyğun mərhələləndirilmə, radioterapiya hazırlığı və müalicə, epidemioloji təhlükəsizlik tədbirləri və digər vacib məsələləri əhatə edir.
Metodik tövsiyyələr ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:

http://mom.gov.az/?smode=tibbi-kitabxana&lang=az