Milli Onkologiya Mərkəzində İsrailin “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş kecirilib

|

Sentryabrın 7-də İsrailin Milli Onkologiya Mərkəzində“Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə  görüş kecirilib.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Baş direktor аkademik Cəmil Əliyevin adından qonaqları salamlayıb və Mərkəzinin ınkışafından söz açmışdır. Azad Kərimli həmçinin dövlət başçısının Azərbaycanın tibb sahəsinə olan xüsusi qayğısını və Heydər Əliyev Fondu tərəfindən kecirilən müxtəlf tibbi  layihələri də vurğulamışdır. Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının yaradılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətlərini də qeyd edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə avqustun 24-27-də Bakıda, Mingəcevirdə və Gəncədə kecirilən tibbi aksyanı yüksək qiymətləndirmişdir.

Görüşdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov İsraillə bütün sahələrdə mövcud olan əməkdaşlıqdan danışaraq bu əlaqələrin daha da genişləndiriməsinin vacibliyini diqqətə çatdırmışdır. Baş nazirin müavini avqustun 25-27-də Bakı, Mingəçevir və Gəncə şəhərlərində İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə 300-ə yaxın tibbi müayinə və konsultasiyalar təşkil olunması haqqında ətraflı danışmışdır. A.Şərifov israilli həkimlərin respublikamızda gördükləri işləri yüksək qiymətləndirib və ağır xəstələrin müalicəsi üçün tibb ocaqlarına avadanlıqlar hədiyyə etdiklərinə görə onlara minnətdarlığını bildirmişdir.

Roman Barak hər üç şəhərdə xoş münasibətə və onlara yaradılan imkana görə dövlətimizin başçısına təşəkkür etmişdir. O, belə aksiyaların davamlı olacağını ümüd etdiyini söyləyib.

Sonra Roman Barak Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görüldüyünü bildirib.

Fəxri doktor diplomu ünvanına çatdırılması üçün Baş nazirin müavini Abid Şərifova təqdim edilib.