Milli Onkologiya Mərkəzində “Perioperasion dövrdə nutritiv dəstək, infuzionterapiya və ağrı ilə mübarizə” adlı elmi konfransı keçirilmişdir

|

Noyabrın 15 və 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) “Perioperasion dövrdə nutritiv dəstək, infuzionterapiya və ağrı ilə mübarizə” adlı elmi konfransı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan AzRAC sədri, tibb elmləri doktoru, professor İsfəndiyar İsmayılov bu sahədə əldə edilən nailiyyətlərdən danışmış və konfransın işinə uğurlar arzulamışdır. Konfransda Rusiya Federasiyasının N.N. Bloxin adına Onkologiya Elmi Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinin aparıcı mütəxəssisi, tibb elmləri namizədi Aleksandr Sıtovun “Nutritiv dəstək” və Ukrayna Milli Xərçəng İnstitutunun Anesteziologiya və intensiv terapiya şöbəsinin müdiri, tibb elmləri namizədi İvan Lesnoyun “İnfuzion terapiya” mövzularında məruzələri dinlənilib və müzakirə edilmişdir.

Elmi konfransın ikinci günü - noyabrın 16-da Rusiya Federasiyası Şimal Dövlət Tibb Universitetinin Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, tibb elmləri namizədi Denis Uvarov “Ağrının terapiyası” mövzusunda çıxış etmişdir. Konfrans çərçivəsində Denis Uvarovun və Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinin mütəxəsisi Anton Lyalyakinin iştirakı ilə “Ağrının terapiyası” adlı ustad dərsi keçirilmişdir. Təlim zamanı aparılan əməliyyatlar birbaşa yayımlanmış və tədbirin iştirakçıları tərəfindən maraqla izlənilmişdir. Elmi konfransda ölkəmizin müxtəlif tibbi strukturlarından həkimlər iştrak etmişdir.