“Xroniki C virus hepatitinə” həsr olunmuş elmi-praktiki seminar

|

2014-cü aprelin 18-də Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin konfrans zalında “Xroniki C virus hepatitinə” həsr olunmuş  elmi-praktiki seminar keçirilib.

Seminarda ön söz Azərbaycan  Respublikası Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini Dr. Fuad Quliyevə verildi.Sonra proqram üzrə  Prof. Kubilay Çinar (“Xroniki C virus hepatiti”, “Hepatoselluar karsinoma: müalicəyə yanaşmalar” Ankara Universiteti, Türkiyə )öz məruzəsi ilə çıxış etdi. Məruzənin sonunda mütəxəssisə suallar verildi və alınan cavablar iştirakçıları məmnun etdi.