“Molekulyar onkologiya” mövzusuna həsr olunmuş elmi-praktiki konfrans

|

2014-cü il dekabrın 13-də Bakıda, “Monolit Plaza”-nın konfrans zalında Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə “Molekulyar onkologiya” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransa dəvət olunanlar arasında Milli Onkologiya Mərkəzindən əlavə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının mütəxəssisləri iştirak etmişdir.

Konfransda  məruzələr ilə çıxış edib:

  •  t.e.d., professor  Yevgeniy Naumoviç İmyanitov (“Bədxassəli şişlərin molekulyar diaqnostikası. Molekulyar testlərin bədxassəli şişin müalicə taktikasında və proqnozunda rolu”, “ İrsi olan şişlər. Diaqnostikada və müalicədə rast gələn problemlər”;   N.N.Petrov adına Onkologiya Elmi-Tədqiqat İnstitutu, Sankt-Peterburq, Rusiya Federasiyası ).

Konfrans yüksək elmi səviyyədə və iştirakçıların fəalliğı ilə keçdi, belə ki, məruzənin sonunda verilən suallar və alınan cavablar iştirakçıların simpoziuma yüksək marağından xəbər verirdi.