“Bədxassəli şişlərin müalicəsində yeniliklər: multidissiplinar yanaşma” mövzusunda elmi-praktiki seminar

|

2014-cü martın 30-da Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin konfrans zalında “Bədxassəli şişlərin müalicəsində yeniliklər: multidissiplinar yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarı giriş sözü ilə MOM-un Baş direktoru akademiki C.Ə.Əliyev açdı.. Öz çıxışında o seminar iştirakçılarını salamlayaraq yığlıcağın Azərbaycanda onkoloji xəstəliklərin müalicəsində irəli atılan yeni bir addım kimi qiymətləndirdi və xarici mütəxəssisləri seminarda işrirakını yüksək dəyərləndirdi. Sonra  mütəxəssislər proqram üzrə məruzələrlə çıxış etdilər : Dr.Gerald Şmidt-Bindert ( “ Metastatik qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin individual terapiyası”); Prof  Kristian Fink ( “Ağciyər xərçəngində görüntüləmə”) ; Dr.Vuqar Yaqublu (”Qaraciyərin lazer aplikasiyasında bizim uğurlu təcrübəmiz”); Dr. Volfqanq Vild, Dr. Fabian Barbann ( “Peritoneal disseminasiyanın müalicəsində Preoperativ hipertermik intaperitoneal kimyaterapiya HİPEC-Bizim təcrübəmiz”); Dr. Röderih Bonniqoff, Dr. Riçard Moqdeburq ( “Şiş xəstəliklərində xüsusi cərrahi müdaxilələr”); Dr. Tomas Hanzler, Dr. Pol Afalter ( “QİST-in diaqnostika və müalicəsi- Komyuter Tomoqrafiya və MRT”).Seminar yüksək elmi səviyyədə keçib və çıxış edən mütəxəssislərə kifayət qədər sullar verilib.