Milli Onkologiya Mərkəzi və Milan Milli Onkologiya İnstitutu arasında razılaşma.

|

7 aprel 2011-ci ildə Bakı şəhərində  Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Milan Milli Onkologiya İnstitutu arasında elmi –təqiqat sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Milan Milli Xərçəng İnstitutunun baş direktoru Gerolamo Gorno arasında imzalanmış razılaşmada  elmi –tədqiqat  proqramları, alim və mütəxəssislərin mübadiləsi və s. qeyd olunur . Tərəflər elmi tədqiqat fəaliyyətinin  bədxassəli şişlərin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətlərində əməkdaşlıq edəcəklər.