Milli Onkologiya Mərkəzi və Belçika Səhiyyəsi Fondu arasında müqavilə.

|

2 sentyabr 2012-ci ildə Bakı şəhərində  Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Belçika Səhiyyəsi Fondu arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair müqaviləyə  imza atılıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Belçika Səhiyyəsi Fondunun  baş direktoru Herwig Fleerackers tərəfindən  imzalanan müqavilədə birgə elmi tədqiqat proqramları və bir sıra layihələr öz əksini tapib. Tərəflər elmi tədqiqat fəaliyyətinin  bədxassəli şişlərin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətlərində əməkdaşlıq edəcəklər.