Milli Onkologiya Mərkəzi və Bayındır Sağlıq Grubu arasında əməkdaşlıq.

|


25 noyabr 2013-cü ildə
Bakı şəhərində  Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Bayındır Sağlıq Grubu arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair müqaviləyə  imza atılıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Bayındır Sağlıq Grubunun  genel müdiri cənab Doğan Sarban tərəfindən imzalanan razılaşmada alim və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqat proqramları, layihələrin hazırlanması, tibb bacıların və köməkçi personalın təhsili və digər istiqamətlərdə əməkdaşlıq edəcək.