Uşaq onkologiyası mövzusunda seminar
12 dekabr 2015-ci ildə MOM – un konfrans zalında Bakı şəhəri poliklinikalarının 200 yaxın həkim - pediatrlarının iştirakı ilə uşaq onkologiyası mövzusunda seminar keçirilmişdir. Seminarda MOM- un Uşaq Klinikasının mütəxəssisləri öz məruzələri ilə çıxış etmişdilər.
Seminarı MOM – un baş həkimi Azad Kərimli açmışdır. Baş həkim öz məruzəsində Mərkəzin əldə etdiyi nailiyyətlərdən və imkanlarından məlumat vermişdir. Sonra t.e.d. Reyman İsmayılzadə , həkimlər Günel Ələsgərova, Nailə Məmmədova, Aliyə Ağayeva və Həcər Həsənova öz məruzələri ilə çıxış etmişdilər. Məruzələr uşaq onkologiyasının inkişafı, müasir diaqnostika və müalicə metodları və erkən diaqnostika məqamları mövzularına həsr olunmuşdur. Sonda seminar iştirakçılarına Uşaq Klinikasının diaqnostika imkanlarından bəhs edən bukletlər və materiallar paylanılmışdır.