Rusiya-Azərbaycan Elmi-Praktiki Konfrans

|

Mayın 15-də Rusiya, Azərbaycan və Almaniyadan aparıcı mütəxəssislər Antibakterial Terapiya və Klinik Mikrobiologiya mövzusunda təqdimatlar edəcəklər. Konfrans çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin onlayn iştirakı ilə "Rostov-na-Donu-Bakı" telekonfransı keçiriləcəkdir. TƏDBIR AZƏRBAYCAN RESPUBLIKASI SƏHIYYƏ NAZIRLIYI TƏRƏFINDƏN AKREDITASIYA OLUNUB, AZƏRBAYCAN RESPUBLIKASI SƏHIYYƏ NAZIRLIYI TƏRƏFINDƏN 16 KREDIT BALI VERILIB. TƏDBIRIN HƏR BIR IŞTRAKÇISINA BEYNƏLXALQ SERTIFIKAT VERILƏCƏK.
Elmi-praktik konfransda iştirak etmək üçün dəvət olunur:
bakterioloqlar / mikrobioloqlar, bioloqlar, onkoloqlar, anestezioloq- reanimatoloqlar, infeksion xəstəlik mütəxəssisləri, klinik farmakoloqlar, əczaçılar, akuşer-ginekoloqlar, kardioloqlar, neonatoloqlar, otorinolarinqoloqlar, pediatr, pulmonoloqlar, terapevtlər, cərrahlar, uroloqlar, onkoimmunoloqlar, patomorfoloqlar, molekulyar genetika sahəsində mütəxəssislər, klinik və fundamental onkologiya sahəsində tədqiqatçılar.
Tədbirin əsas mövzuları:
1. Onkologiyada infeksiya ağırlaşmaları və həlli yolları;
2. Sepsisin intensiv müalicəsi;
3. Həyati təhlükəli infeksiyalar: diaqnostika və müalicənin müasir aspektləri;
4. Antibakterial müalicənin nəzarət strategiyası (AMNS): antibiotikə davamlılığa nəzarət.

Konfrans proqramına iki elmi praktiki seminar daxildir. Seminarlar Rostov-na-Donu, Pyatiqorsk, Novosibirsk, Moskva mütəxəssisləri tərəfindən aparılacaq:
1. Mikrobioloji diaqnostikanın yeni xüsusiyyətləri;
2. Mikrobioloji laboratoriya avadanlıqlarının müasir səviyyəsi. Tədqiqat və təcrübə.

Tədbir ödənişlidir, hər bir iştrakçı üçün 50 AZN təşkil edir.
Yerlər məhduddur!
Qeydiyyatdan keçmək üçün: http://atkm2019.az
Konfransla bağlı suallar üçün telefon nömrəsi: +994554955569