III Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu

|

15-16 mart 2019-cu il tarixlərində Bakı şəhərində 3-cü Alman-Azərbaycan Radioloji və
Neyroradioloji Simpoziumu keçiriləcək. Simpozium inkişaf etməkdə olan Azərbaycan səhiyyəsinə öz
töhfəsini göstərməklə yanaşı tibbimizin və xüsusi ilə də milli radiologiya sahəmizin dünya tibb elmində
yaxın gələcəkdə daha da inkişafı üçün Milli Onkologiya Mərkəzinin xüsusi dəstəyi ilə keçirilir.
Budəfəki tədbirdə xüsusi ilə onkoloji xəstəliklərin müasir diaqnostikasından və ən son müalicə
metodlarından danışılacaqdır. Eyni zamanda tədbirdə Almaniya modeli misalında müasir
serebrovaskulyar mərkəzin təşkili və Almaniyadan dəvət olunan qonaqların, Prof. Dr. med. Anastasios
Mpotsaris, Dr. med. Nuran Abdullyev, Priv.-Doz. Dr. med. Volker Maus, Dr. med. Babak
Rostamzadeh və Priv. -Doz. Dr. med. Christof M. Sommer, bu sahədə etdyi ən son elmi yeniliklərdən
söhbət açılacaqdır. Tədbirdə iştirak edən yerli mütəxəssislər də, Anar Kazımov, PhD, Fuad Novruzov,
PhD və Rasim Babayev, PhD, müxtəlif onkoloji xəstəliklərin diaqnostikasında və müalicəsində ən son
elmi və praktiki bilikləri iştirakçılarla paylaşacaqlar. Simpozium çərçivəsində Azərbaycanda ilk dəfə
olaraq beyin damarlarının anevrizmasının müalicəsində tətbiq edilən ən müasir metodlar praktiki
təlim şəklində („workshop“) Zəfəran klinikasında iştirakçılara təqdim ediləcək. Simpozium
çərçivəsində qürurverici daha bir ilk Almaniyada yenicə qurulmuş və prezidenti həmyerlimiz tibb
elmləri doktoru Nuran Abdullayev olan Alman-Azərbaycan Radioloji və Neyroradiolji Cəmiyyətinin
üzvlərinin və qurucularının ilk toplantısının Bakıda keçirilməsidir. Xatırladaq ki, Simpoziumun
prezidenti Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş direktoru Akademik, Prof.
Cəmil Əziz oğlu Əliyev və Prof. Dr. med. Anastasios Mpotsaris-dir.
Tədbir mart ayının 15-i saat 09:00-da Fəxri Xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər
Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlayacaq, daha sonra isə Milli Onkologiya
Mərkəzində davam edəcəkdir.
Qeydiyyat üçün: http://www.ga-symposium.com