E L A N

|

V. Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu bidirir ki, 2016-cı ilin oktyabr ayında AMEA həqiqi üzvü, əməkdar elm xadimi, professor Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcəkdir. Konfransda tibbi profilaktika istiqamətində son 10 ildə əldə olunan nailiyyətlər və perspektivlər müzakirə olunacaqdır.

Konfransın işində iştirak etmək arzusunda olanlar 30 may 2016-cı il tarixə kimi 5 səhifədən artıq olmayaraq, azərbaycan, rus və ingilis dillərinin birində çap olunmuş elmi iş təqdim edə bilərlər (elektron variantı və ingilis dilində xülasə ilə).

Bir müəllifin adı 3 işdə göstərilə bilər. Səhifənin yuxarısında məqalənin adı, sonra müəlliflərin adı, soyadı (5 nəfərdən artıq olmayaraq), daha sonra institutun (və ya kafedra, müəssisə) adı və yerləşdiyi şəhər göstərilir. Məqalə göndərən müəssisənin, institutun möhürü ilə təsdiqlənməlidir (2 nüxsə). Konfransın materialları məcmuə şəklində çap olunacaqdır. Təqdim olunan hər bir məqalə üçün 10 manat ödənilməlidir.

Məqalə institutun şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent L.İ.Rüstəmova tərəfindən IV mərtəbə 161 saylı otaqda qəbul edilir (əlaqə telefonalrı: 594-69-31, 594-79-95;(055) 702-07-41).