27-28 İyun 2019 ildə Bakı Konqres Mərkəzində “Delta Hepatiti” adlı beynəlxalq konfrans keçiriləcək

|


27-28 İyun 2019 ildə Bakı Konqres Mərkəzində “Delta Hepatiti” adlı beynəlxalq konfrans keçiriləcək.

Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və davamlı tibbi təhsil üzrə 16 kredit vahidi verilmişdir.

Konfransda iştirak etmək üçün e-sehiyye.gov.az saytına daxil olaraq konfransa qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat ödənişi - 100 AZN – 26 İyun 14.00-19.00 -dək Bakı Konqres Mərkəzində edə bilərsiniz.

Elmi proqramda Delta və B hepatitləri üzrə mütəxəssisləşmiş məruzəçilərin təqdimatlarından ibarət olacaq. Konfrans, aparıcı klinik mütəxəssislər və tədqiqatçılarla görüşmək, qarşılıqlı əlaqə yaratmaq və hepatologlar üçün ən son məlumatları əldə etmək imkan yaradacaq.

Ətraflı məlumat üçün: https://apaslstc2019.com/