Zeynalov Rəşad Saleh oğlu
Həkim–onkoloq
  • 2000rashad@rambler.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1999-2000-ci illərdə Azərbaycan Tibb Universiteti Onkoloji klinikasında internatura keçmişdir.

2000-2002-ci illərdə Milli Onkologiya Mərkəzində Onkologiya üzrə klinik ordinatura keçmişdir.

2004-2007-ci illərdə Milli Onkologiya Mərkəzində əyani aspirantura təhsili almışdır.

2008-ci ildə Türkiyə Cumhuriyyəti Ankara Onkoloji Xəstəxanasında ixtisaslaşma kursu keçmişdir.

2000-ci ildə Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışmaqdadır.

2008-ci ildə “Mədə xərçənginin Azərbaycan Respublikasında epidemiologiyası” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

150-dən çox elmi işi çap olunmuşdur. Bunlardan 17 məqalə xarici jurnallarda, 34 elmi beynəlxalq qurultay və konqresslərin materiallarında dərc edilib. Qeyd edilən elmi toplantılarda həm ölkəmizdə, həm də xarici dövlətlərdə dəfələrlə məruzələrlə çıxış edib. Üç metodik tövsiyyənin həmmüəllifidir, bir beynəlxalq patent və ixtira həmmüəllifidir.

Şöbədə aparılan elmi-tədqiqat işinin məsul icraçısıdır.

Başlanğıcda klinik ordinator, sonradan əyani aspirant, baş laborant, kiçik elmi işçi,elmi işçi, hal-hazırki vaxt isə abdominal onkologiya bölməsinin böyük elmi işçi vəzifəsində çalışır.

Eyni zamanda R.S.Zeynalov elmi fəaliyyəti ilə yanaşı xəstələrin praktiki müalicəsi ilə məşğul olur, abdominal onkologiya sahəsində qarın boşluğu orqanları üzərində müxtəlif həcmdə və növdə cərrahi əməliyyatların icraçısıdır.