Kərimov Əflatun Xudkar oğlu
Cərrah-onkoloq
  • (+994 12) 537-08-11
Bioqrafiya

1960-1966-cı illərdə  N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1966-1968-ci illərdə Akademik M.A.Mirqasımov adına Respublika xəstəxanasının cərrahiyyə şöbəsində ordinatura keçmişdir.

1968-1971-ci illərdə  Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Torakal Cərrahiyyə şöbəsində aspirantura təhsili almışdır.

1971-1975-ci illərdə Bakı, Moskva və Leninqrad şəhərlərində cərrahiyyə üzrə kurslarda iştirak etmişdir. 

1983-1987-ci illərdə  Sankt-Peterburq şəhərində Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda doktorantura təhsili almışdır.

1963-1966-cı illərdə  Təcili tibbi yardım xəstəxanasının cərrahiyyə qəbul şöbəsində feldşer işləmişdir

1972-1974-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun klinikasında şöbə müdiri vəzifəsində çalışmışdır.

1976-1978-ci illərdə Efiopiyadakı Addis Ababa Hərbi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1978-1980-ci illərdə  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Cərrahiyyə kafedrası klinikasında şöbə müdiri vəzifəsində çalışmışdır.

1980-1983-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Travmatologiya kafedrası klinikasında şöbə müdiri vəzifəsində çalışmışdır.

1989-1990-cı illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Cərrahiyyə və onkologiya kafedrasının assistenti, dosenti və professorudur.

1990-1993-cü illərdə Milli Onkologiya Mərkəzində Onkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

1993-2003-cü illərdə Milli Onkologiya Mərkəzinin Onkologiya kafedrasının professorudur.

2003-cü ildən Milli Onkologiya Mərkəzinin Abdominal şöbəsinin professorudur.

1971 Respublikada ilk dəfə olaraq bronxoqrafiya və bronxoskopiya – ağ ciyərlərdə müxtəlif xəstəliklərin bronxoloji müayinəsinə aid tibb elmləri namizədi dissertasiyasını müdafiə edib. (Bronxoloqiçeskie metodı issledovaniə pri razliçnıx zabolevaniəx leqkix)

1989 SSRİ Mərkəzi Pulmonoloji İnstitutunda «Ağ ciyərdə göbələk xəstəlikləri» mövzusunda tibb elmləri doktorluq dissertasiyasını müdafiə edib.
Cərrahiyyənin müxtəlif sahələrinə aid 263-dən çox elmi əsərlərin, 22 metodik tövsiyyənin, 6 səmərəşdirici təklifin, o cümlədən 1989-cü ildə «Süd vəzisində I-II dərəcəli xərçəng zamanı yeni cərrahiyyə orqansaxlayıcı üsulun» müəllifidir.
Onun rəhbərliyi altında 6 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru müdafiə etmişdir.